XƏBƏRLƏR / Kriminal

Xaçmazda məktəbli bıçaqlandı

Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib

Xaçmazda məktəbli bıçaqlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 31 may tarixində axşam saat 22:00 radələrində Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbinin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

     Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib.

    Qeyd olunub ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib: “Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb”.