XƏBƏRLƏR / Kriminal

Vətəndaşların şəxsi məlumatlarını satan haker tutulub

Bu barədə hüquq-mühafizə orqanlarından olan mənbə məlumat yayıb

Vətəndaşların şəxsi məlumatlarını satan haker tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşlarının, o cümlədən nüfuzlu şəxslərin şəxsi məlumatlarını satan hakeri saxlayıb.

    Bakı şəhər sakini Hüseyn Məhərrəmov saxlanılıb. O, elektron dövlət xidmətlərinin göstərildiyi sistemlərin məlumat bazalarını sındıraraq anonim "Telegram" kanalları və sosial şəbəkələr vasitəsilə əldə etdiyi məlumatları satıb.

    Məhərrəmov sosial şəbəkələrdə hər hansı vətəndaş haqqında məlumatların pul müqabilində satılması, bir neçə nüfuzlu şəxsin şəxsi məlumatlarının yayılması ilə bağlı elanlar da yerləşdirib.

    Onun kanalları artıq bloklanıb, oğurlanmış məlumatlar silinib. Ekspertiza hakerlik faktını təsdiqləyib. İstintaq yekunlaşıb, materiallar məhkəməyə verilib.