XƏBƏRLƏR / Kriminal

Əhməd Obalının və oğlunun son durumu FOTO

Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir

Əhməd Obalının və oğlunun son durumu FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:50

    Əhməd Obalının əl barmaqlarının hamısı sınıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları heç işləmir. Bunu ANS Press-ə Əhməd Obalının bacısı oğlu Araz Obalı deyib.

    Onun sözlərinə görə, Əhməd Obalının boynunda ağır əməliyyat aparılıb. Araz Obalı onu da bildirib ki, Əhməd Obalıya hücum ABŞ-ın Kaliforniya ştatında olub. Qeyd edək ki, Əhməd Obalı Çikaqo şəhərində yaşayır və fəaliyyət göstərir. Kaliforniyaya oğlunun məzun gününə gəlibmiş.

    Araz Obalı bildirib ki, hal-hazırda Əhməd Obalının vəziyyəti ağır olaraq qalır, oğlu Dənizin isə vəziyyəti çox ağırdlr, reanimasiyadadır, yanına heç kim buraxılmır.

    Dəniz Obalı

    ***

    Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb. ANS Press-ə bu məlumatı ABŞ-dakı mənbələr verib. Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb. Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.

    Obalı Azərbaycana sıx-sıx gedib gəlirdi. Bu hadisə də Azərbaycandan qayıdandan 1 gün sonra baş verib.

    Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ABŞ-dakı mənbə ilkin versiya kimi bunu İran kəşfiyyatının əməli hesab edir.

    Hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib.

    Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.

    Obalı deyib ki, bu hadisənin arxasında duranları da, onu həyata keçirənləri də bilir. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar:

    "Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. İki gün əvvəl isə hücuma məruz qaldım".