XƏBƏRLƏR / Kriminal

Sərhədi pozmağa çalışan 3 pakistanlı saxlanıldı

Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb

Sərhədi pozmağa çalışan 3 pakistanlı saxlanıldı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

    DSX-dən verilən məlumata görə, may ayının 21-də saat 17:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 2003-cü il təvəllüdlü Xan Muhammad Amin saxlanılıb.

    Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin dövlət sərhədini pozaraq qanunsuz yolla keçməsinə bələdçilik etməkdə şübhəli bilinən Pakistan vətəndaşları 1987-ci il təvəllüdlü Xan Mücahid Ali və 1990-cı il təvəllüdlü Ali Rizvan müəyyən olunub.

    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində birgə aparılmış təhlillər nəticəsində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmış əcnəbi vətəndaşların bir qisminin ölkə ərazisinə təhsil vizası əldə edərək rəsmi qaydada gəlməsi, daha sonra qeyri-qanuni yolla dövlət sərhədini pozaraq digər ölkələrə getmək niyyətində olmarı aşkar edilib.

    Saxlanılan şəxslər yerli təhsil müəsisələrində təhsil almağa başladıqdan sonra dərslərdən yayınmaqla, Avropaya miqrasiya etmək üçün qeyri-qanuni yollar axtarır, bəzi hallarda isə ölkə ərazisində qalaraq bələdçilik funksiyasını icra edirlər. 

    Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.