
11:42
Şəmkirdə Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Sentyabrın 5-də saat 23 radələrində Şəmkir rayonu Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub, ibtidai istintaq davam etdirilir
***
08:49
Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Qətlə yetirilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbə sakini 1993-cü il təvəllüdlü Tural Abdullayev 3 il əvvəl Bakı şəhərində restoranların birində hadisəni törədən Sənan Əsgərovun qızı T. Əsgərova ilə tanış olub.
Bundan sonra onlar qeyri rəsmi olaraq birlikdə yaşayıblar. Bir müddətdən sonra cütlüyün arasında narazılıq olub və cütlük ayrılıb. Ayrılandan sonra Tural Abdullayev T. Əsgərovanın videolarını "TikTok"da paylaşıb.
Buna qəzəblənən T. Əsgərova atasının yaşadığı Şəmkir rayonunun Sarıtəpə kəndinə gəlib. İko gün əvvəl isə mərhum Tural Abdullayev Sarıtəpə kəndinə gələrək T. Əsgərovaya bildirib ki, paylaşdığı videoları silib və onlar yenidən barışıblar. Bundan sonra Tural Abdullayev bir gün də qayınatasıgildə qonaq qalıb.
Ötən gecə isə Tural Abdullayev yatan zaman qayınatası Sənan Əsgərov otağa daxil olaraq onu bıçaqla vurub. Bu zaman mərhum Tural Abdullayev qayınatası S. Əsgərovun bud nahiyəsində bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya aparılıb. Lakin Tural Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan Əsgərovun müalicəsi isə xəstəxanada davam etdirilir.
Məlumata görə, hadisədən əvvəl Sənan Əsgərov Tural Abdullayevə ona öldürəcəyini deyibmiş. Hadisə vaxtı S. Əsgərov sərxoş olub. Qeyd edək ki, T. Abdullayev Sənan Əsgərovun qızı T. Əsgərovanın ikinci ailəsi olub. Sənan Əsgərovun qızı T. Əsgərovanın iki övladı var.
Faktla bağlı araşdırma davam etdirilir.
***
08:31
Şəmkirdə qətl hadisəsi baş verib.
Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini T. Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən T. Abdullayevi aralarında baş verən münaqişə zamanı qayınatası S. Əsgərov onu bıçaqla vurub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Qətlin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.