XƏBƏRLƏR / Kriminal

Özgə sənədi ilə sərhədi keçmək istəyən şri-lankalı tutulub

Bu barədə DSX-dan məlumat verilib

Özgə sənədi ilə sərhədi keçmək istəyən şri-lankalı tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özgəsinə məxsus sənədlə sərhədi keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı Bakıda saxlanılıb.

    Bu barədə DSX-dan məlumat verilib.

    Bildirilib ki, May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılmışdır.

    Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilmişdir.

    Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.