Ohanyana qarşı yeni ittiham elan olundu
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı yeni ittiham elan olunub. Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. O, külli miqdarda dövlətə məxsus vəsaitinin ələ keçirilməsində günahlandırılır. Bundan əvvəl parlament Ohanyanın toxunulmazlıq hüququnun ləğvi barədə qərar çıxarmışdı.
Qeyd edək ki, eks-nazir hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəridir.