XƏBƏRLƏR / Kriminal

ABŞ-da kütləvi güllələnmə: 2 uşaq ölüb, 17 yaralı var

Atışmanı katolik məktəbində transseksual antisemit Robin Vestman törədib

ABŞ-da kütləvi güllələnmə: 2 uşaq ölüb, 17 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Minneapolisdəki katolik məktəbində 8 və 10 yaşlı iki uşağın ölümü, 14-ü uşaq olmaqla 17 nəfərin yaralanması ilə nəticələnən kütləvi atışma transseksual antisemit Robin Vestman tərəfindən törədilib. Daha sonra o, intihar edib

    Atıcının hücumdan əvvəl çəkdiyi silahın üzərində “6 milyon (Yəhudilər Holokostda öldürüldü) yetərli deyil”, “İsrail yıxılmalıdır” sözləri və Trampı öldürmək çağırışı var idi.

    İnsident məktəbin Annunciation Kilsəsində keçirilməli olan səhər mərasimi zamanı baş verib. Minnesota senatoru Emi Klobuçarın "MSNBC" telekanalına verdiyi məlumata görə, atışma baş verən zaman uşaqlar kürsülərin altında gizlənməyə çalışırdılar. Bir neçə nəfər, o cümlədən bel və boyun nahiyəsindən yaralanıb.

    ABŞ Prezidenti deyib ki, ona atışma ilə bağlı məlumat verilib. Onun sözlərinə görə, FTB hadisə yerindədir.