XƏBƏRLƏR / Kriminal

Kamran Əliyev İranın baş prokuroru ilə telefonla danışıb

Azərbaycanın baş prokuroru cənab Montazeri ilə səfirliyində törədilən terror aktının istintaqını müzakirə edib

Kamran Əliyev İranın baş prokuroru ilə telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kamran Əliyev İranın baş prokuroru ilə söhbətində Azərbaycan səfirliyində törədilən terror aktını pisləyib.
    15:02

    Azərbaycanın baş prokuroru Kamran Əliyev bu gün iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə telefon danışığı aparıb.


    Söhbət zamanı Montazeri yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilmiş terror aktından təəssüfləndiyini, Azərbaycan xalqına və həlak olanların ailə üzvlərinə başsağlığı verib. İranın baş prokuroru azərbaycanlı həmkarına cinayət işinin istintaqının gedişi barədə ətraflı məlumat verib.

    K.Əliyev, öz növbəsində, sözügedən terror aktını pisləyib və Azərbaycanın müvafiq istintaq strukturunda cinayət işinin istintaqının davam etdiyini M.Montazeriyə bildirib. Baş prokuror cinayət işinin İran tərəfindən tam və hərtərəfli araşdırılmasının, onun bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsinin, hadisənin səbəb və şəraitinin araşdırılmasının vacibliyini vurğulayıb.

    Söhbət nəticəsində tərəflər bu cinayət işini nəzarətdə saxlamaq və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.