XƏBƏRLƏR / Kriminal

Beyləqanda kafedə 2 nəfər güllələnib YENİLƏNİB

DİN xəbər verir

Beyləqanda kafedə 2 nəfər güllələnib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:26

    Bu gün saat 13:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən bildirilib.

    "Onlardan 1988-ci il təvəllüdlü şəxs hazırda əməliyyata alınıb, 1983-cü il təvəllüdlü şəxsə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", məlumatda deyilir.

    ***

    14:19

    Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

    Əlavə məlumat veriləcək.