Azərbaycanlılara qarşı zorakılıq faktı ilə bağlı cinayət işi
Baş prokuror Kamran Əliyev Rusiyada soydaşlarııza qarşı qanun pozuntularından danışıb

Azərbaycanın baş prokuroru Kamran Əliyev:
"Biz azərbaycanlılara qarşı zorakılıq faktı ilə bağlı cinayət işi açmışıq. Bildiyiniz kimi, biz Rusiya tərəfi ilə - həm İstintaq Komitəsi, həm də Baş Prokurorluqla mütəmadi əlaqə saxlayırıq. Rusiya tərəfi bildirir ki, həlak olanlar öz ölkəsinin vətəndaşlarıdır, lakin bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ikili vətəndaşlığı tanımır. Biz onları Azərbaycan vətəndaşı hesab edirik. Bu baxımdan, ölüm faktını təsdiqləmişik. işgəncə, döyülmə və ağır bədən xəsarətləri nəticəsində. Rusiya tərəfi mənə məlumat verdi ki, İstintaq Komitəsi zorakılıq faktları ilə bağlı ayrıca araşdırma aparır. Ümid edirik ki, bu məsələ ilə bağlı açılan cinayət işi öz nəticəsini verəcək”.