XƏBƏRLƏR / Kriminal

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

DİN xəbər verir

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, həyata keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzə Hüseynov saxlanılıb. Ondan 40 kiloqram narkotik vasitə aşkarlanıb.

    Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.

    Araşdırma davam etdirilir.