Liviyanın Baş nazirinin evinə silahlı hücum edilib
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb
Naməlum şəxslər Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeybanın iqamətgahına silahlı hücum ediblər.
Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.
Dəymiş ziyanla bağlı məlumat verilmir. Hücum zamanı ad-Dbeybanın özünün iqamətgahda olub-olmadığı hələlik məlum deyil.