XƏBƏRLƏR / Kriminal

Gürcüstanda SOCAR-a məxsus avtomobilə silahlı basqın edilib

Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb

Gürcüstanda SOCAR-a məxsus avtomobilə silahlı basqın edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın dövlət şirkəti olan SOCAR-a məxsus avtomobilə silahlı basqın edilib.

    Hadisə hakim partiyanın ofisinin yaxınlığında baş verib. İtki olmayıb.

    Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, bir nəfər saxlanılıb.