Böyük Britaniyada 3 Rusiya casusunu həbs ediblər
Bu barədə Scotland Yard məlumat yayıb

Böyük Britaniyada Rusiya üçün casusuluq etməkdə ittiham olunan 3 nəfər həbs edilib.
Londonun şimal-şərq hissəsində xarici kəşfiyyat üçün işləməkdə şübhəli bilinən üç nəfər həbs edilib.
Sözügedən şəxslər 41 və 46 yaşlarında iki kişi və 35 yaşlı bir xanımdır.
“Milli Təhlükəsizliyin qorunması ilə bağlı apardığımız fəaliyyət nəticəsində məlum olur ki, xarici kəşfiyyat xidmətlərinin proksisi adlandıra biləcəyimiz şəxslərin sayında artım var”,- London polisinin terrorizm əleyhinə komandanlığından bildirilib.
Polis saxlanılan üç nəfəri araşdırmalar bitənə qədər müvəqqəti azadlığa buraxıb.