28 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
DİN xəbər verir
Polis və sərhədçilər tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə birgə əməliyyat keçirilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı oğurluq və xuliqanlıq cinayətlərinə görə əvvəllər məhkum olunan Eldar Cəfərli saxlanılıb. Ondan 28 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxsin ölkəyə qaçaq yollarla narkotik vasitələr gətirən əsas şəxslərdən biri olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.