Moskvada hərbi kəşfiyyat rəisinin birinci müavini güllələnib
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb
Moskvada Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini general-leytenant Rusiyanın qəhrəmanı Vladimir Alekseyevə sui-qəsd cəhdi edilib.

İstintaq Komitəsinin sözçüsü Svetlana Petrenkonun sözlərinə görə, naməlum şəxs general evindən çıxarkən ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Zərərçəkən təcili olaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti və hadisənin təfərrüatları hələlik məlum deyil.
İstintaq Komitəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
1 dəqiqədən az