Azərbaycan səfirliyinə silahlı hücumun VİDEOsu
Videodan göründüyü kimi, mühafizəçi yalın əllə silahlı şəxsin üzərinə atılıb
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun görüntüləri yayılıb. İran vətəndaşı Yasin Hüseynzadə səfirliyin binasına daxil olaraq, təhlükəsizlik xidmətinin əməkdaşlarına atəş açıb.
Hadisə nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, daha iki nəfər xəsarət alıb.
Hadisəni törədən şəxsin saxlanıldığı, hadisə barədə araşdırma aparıldığı bildirilir.