14 zərərçəkən Azərbaycan vətəndaşı vətənə gətirilib VİDEO
Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşları onları müşayiət edib YENİLƏNİB
19:30
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Prezident İlham Əliyevin tapşırığına əsasən Aktauya göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyyarəsi ilə Bakıya gətirilib.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, yeddi zərərçəkmişi gətirən təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportunda enib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.
***
17:22
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınıb.
Onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb.
Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.