
12:44
Bakıda anbarda baş verən yanğın məhdudlaşdırılıb.
Yanğınla bağlı qərargah yaradılıb.
Yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin 14 yanğınsöndürən texnikası və 61 şəxsi heyət cəlb olunub.
***
12:18
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
VİDEO
Əlavə məlumat veriləcək.
Hadisə yerinə 14 yanğınsöndürən avtomobil, xeyli canlı qüvvə cəlb edilib.
Qeyd edək ki, paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
"Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür", NİİM-dən bildirilib.
***
11:11
Bakının Nizami küçəsində, anbarda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
FHN-nin məlumatına görə, yanğın anbarda baş verib.