XƏBƏRLƏR / Hadisə

Tokayev təyyarə qəzası ilə bağlı Dövlət Komissiyası yaradıb

Sankt-Peterburqda olan Qazaxıstan Prezidenti hadisə ilə bağlı cinayət işi açmağı tapşırıb

Tokayev təyyarə qəzası ilə bağlı Dövlət Komissiyası yaradıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyası yaradılıb.

    Komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.

    Artıq Kanat Bozumbayev hadisə yerinə yola düşüb.

    Eyni zamanda, təyyarənin qəzaya uğraması ilə Nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.