XƏBƏRLƏR / Hadisə

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı

Həmin şəxs Çex Respublikasının vətəndaşı

Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı saxlanılıb.

    Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

    Müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.

    Hazırda faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.

    Qeyd edək ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez olurlar. Belə ki, fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub.