XƏBƏRLƏR / Hadisə

Ağstafada kömür sexində partlayış oldu, ölənlər var

Məlumatı Ağstafa İcra Hakimiyyəti təsdiqləyib

Ağstafada kömür sexində partlayış oldu, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 22:50

    Ağstafa rayon prokurorluğu kömür sexində baş verən partlayışla bağlı məlumat yayıb. 

    "Aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.

    İlkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı prosesində baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    İbtidai istintaq aparılır".

    ***

    Ağstafanın Vurğun qəsəbəsində kömür düzəldilən sexdə partlayış olub. Hadisə zamanı iki nəfər ölüb.

    Partlayış yerinə FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

    İlkin məlumata görə, odun gətirənlərdən biri siqaret yandırarkən partlayış baş verib. 

    Partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

    İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib.