Laçında yol qəzası olub, "Azərenerji"nin 2 əməkdaşı ölüb
Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib
                                Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Araşdırma aparılır.
                    
                                                    
                                                
                                                    
                                                
                            
                            
                            
									1 dəqiqədən az