Gəncədə toyda 3 nəfər bıçaqlanıb
Hadisə şəhərin Mahrasa bağı adlanan ərazidə baş verib
Gəncədə toyda üç nəfər bıçaqlanıb.
Hadisə şəhərin Mahrasa bağı adlanan ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Əli Musayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər üç şəxs toyda dava zamanı bıçaqlanıb.
Bıçaqlanan şəxslərdən biri, Əli Musayev özəl xəstəxanaların birinə yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.