Ermənistanda kilsəsində partlayış olub, 1 ağır yaralı
“Sputnik-Armenia” xəbər verir

Ermənistanın Qeqarkunik vilayətindəki Martuni şəhərinin kilsəsində partlayış olub.
“Sputnik-Armenia” xəbər verir ki, nəticədə məbədin rektoru Akop Barseqyan xəsarət alaraq, paytaxt İrəvandakı xəstəxanaya təxliyə edilib.
Onun üz, eləcə də yuxarı və aşağı ətraflarından yanıqlar olduğu açıqlanıb.
Polis hələlik partlayışın səbəbi barədə məlumat verməyib.