Özünü öldümək istəyən şəxsi polis xilas etdi
Nurlan Əliyev özünü 3-cü mikrorayon dairəsi yaxınlığındakı körpüdən atmaq istəyirdi
Bakının Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin şəxs (1969-cu il təvəllüdlü) 19 manatını itirdiyi üçün belə bir addım atmağa qərar verib.
“O, spirtli içkinin təsiri altında idi. Həmin şəxs kafelərin birində ondan 19 manat pulun oğurlandığını zənn edib. Polis əməkdaşları intiharın qarşısını alıb və kişini körpüdən endiriblər. Bundan sonra ifadə vermək üçün polis bölməsinə aparılıb”, - deyə Nurlan Əliyev bildirib.