Uludağda hoteldə yanğın: ölənlər var YENİLƏNİB
Bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib

10:38
Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın nəticəsində 2 nəfər ölüb.
Bu barədə Türkiyə mənbələri məlumat yayıb.
Qeyd edilib ki, yanğında xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
***
10:05
Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hoteldə baş vermiş yanğın söndürülüb.
Hadisə zamanı binada 12 nəfərin olduğu, onlardan üçünün huşsuz halda çıxarılaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Xatırladaq ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.
***
09:39
Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində baş verən yanğın nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, yaralılar var.
Bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib.
Yanğının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.
Qeyd edək ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.