Türkiyə sahillərində miqrantları daşıyan qayıq batıb, 20 ölü
Bölgəyə sahil təhlükəsizlik qrupları cəlb edilib
Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edək ki, ilkin məlumata görə, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla azı 8 nəfər ölüb.
Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.
Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.