XƏBƏRLƏR / Hadisə

Şuşanın Qala Dərəsi kəndində yanğın olub

YENİLƏNİB

Şuşanın Qala Dərəsi kəndində yanğın olub
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:18

    İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində baş verən yanğının səbəbləri polis əməkdaşları tərəfindən müəyyən olunub.

    Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatına görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən dörd hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

    ***

    14:51

    Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə baş verib.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.

    Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb. Aparılan işlər nəticəsində yanğın söndürülüb.

    Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.