Türkiyədə iki fabrik yanır VİDEO

"TRT Haber"in məlumatı

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Türkiyənin Bursa şəhərində Çələbi Mehmet rayonunda kağız istehsal etdiyi deyilən fabrik və onun yanındakı təkrar emal müəssisəsində naməlum səbəbdən yanğın baş verib.

    "TRT Haber"ə görə , əraziyə xeyli sayda yanğınsöndürən, o cümlədən helikopter cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

    Hadisənin başvermə səbəbi məlum deyil.