Qobustanda yol qəzasında beş nəfər öldü
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Xəsarət alan 1 nəfərin isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.