XƏBƏRLƏR / Hadisə

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən suda tapılıb.

    Bu barədə FHN-nin mətbuat xidmətindən bildirilib.

    Qeyd olunub ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.