Sumqayıtda zavodda boru partlayıb, bir nəfər xəsarət alıb
Xəstəxanaya yerləşdirilmiş E.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən “Karbomid” zavodunda boru partlayıb.
1994-cü il təvəllüdlü Elməddin Qurbanov iş görərkən borunun partlaması nəticəsində yanıq xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilmiş E.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib.
Daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Araşdırma aparılır.
1 dəqiqədən az