XƏBƏRLƏR / Hadisə

Tunis sahillərində azı 20 miqrant itkin düşüb

Bu barədə “Reuters” xəbər verib

Tunis sahillərində azı 20 miqrant itkin düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aralıq dənizinin Tunis sahillərində iki qayığın batması nəticəsində İtaliyaya qaçmaq istəyən azı 23 afrikalı miqrant itkin düşüb.

    Sahil mühafizəsi 53 nəfəri xilas edib, onlardan ikisinin vəziyyəti ağırdır. Dənizdən 4 cəsəd çıxarılıb. Axtarışlar davam etdirilir.

    Mart ayının əvvəlindən bəri Tunis sahillərində 7 oxşar qəza baş verib, təxminən 100 nəfər ölüb və ya itkin düşüb.