XƏBƏRLƏR / Hadisə

Abşeron xəstəxanasında sürücü direktor müavinini yaralayıb

Bu barədə TƏBİB-dən məlumat verilib

Abşeron xəstəxanasında sürücü direktor müavinini yaralayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Oktyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib: "Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

    Qeyd edilib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.