23:03
Türkiyə Xarici İşlər Nazirliyi bu gün Dəməşqdə baş verən hücumu pisləyib.
Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Bu gün Dəməşqin Hicaz bölgəsində baş verən və itkilərlə nəticələnən hücumu qətiyyətlə pisləyirik". Nazirlik həmçinin yaralılara tezliklə sağalmalarını arzulayıb.
Misir və Qətər Xarici işlər nazirlikləri də bu qınaqlara qoşulublar.
Son məlumatlara görə, Suriya paytaxtının mərkəzindəki kafedə partlayıcı qurğunun partlaması nəticəsində doqquz nəfər ölüb, 20-dən çox insan yaralanıb.
***
21:40
Ərəb Respublikası Səhiyyə Nazirliyinin təcili yardım xidmətlərinin direktoru bildirib ki, Dəməşqin mərkəzində baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub.
Daha 22 nəfər yaralanıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.
***
17:45
Dəməşqdə Ədalət Sarayının yaxınlığındakı kafeyə yerləşdirilən bombanın partlaması nəticəsində ölənlərin sayı artıb.
"Reuters" xəbər verir ki, partlayışda ölənlərin sayı 5-ə çatıb, daha 16 nəfər isə xəsarət alıb.
***
17:25
Suriya paytaxtının ən işlək ərazilərindən biri olan tarixi Hamidiyyə Bazarına aparan yolda yerləşən kafedə güclü partlayış baş verib. Ən azı dörd nəfər ölüb, çoxlu sayda yaralı var.
Bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
1 dəqiqə