Əfqanıstanda qəzaya düşən təyyarədən 1,2 mln. USD oğurlanıb
Bu barədə “Həşt-e Subh” qəzeti məlumat yayıb
Yanvarın 20-də Əfqanıstanın Bədəxşan əyalətində qəzaya uğrayan “Falcon 10” təyyarəsindən naməlum şəxslər təxminən 1,2 milyon dollar oğurlayıb.
Bu barədə "Həşt-e-Sübh" qəzeti bölgədəki mənbələrə istinadən məlumat yayıb.
Qəzetin mənbələri iddia edir ki, təyyarənin qəzaya uğradığı yerə ilk çatanlar Taliban silahlı qüvvələrinin Baş Qərargah rəisi Qari Fəsihəddin Fitrətin qohumu olub.
Xatırladaq ki, Tailanddan Rusiyaya uçan təyyarə sanitar missiya yerinə yetirib. Təyyarədə olan 6 nəfərdən 4-ü sağ qalıb, rusiyalı iş adamları Anna Yevsyukova və həyat yoldaşı Anatoli Yevsyukov ölüb.