Moskvadan İstanbula uçan təyyarə məcburi eniş edib
Enişin səbəbi sərnişinin qeyri-adekvat davranışı olub
Moskvanın "Şeremetyevo" hava limanından İstanbula uçan "Aeroflot"a məxsus təyyarə Volqoqradda məcburi eniş edib. Bu barədə məlumatı Volqoqrad Beynəlxalq Hava Limanının mətbuat xidməti təsdiqləyib: “Moskva Şeremetyevo hava limanından İstanbula uçan “Boeing 737-800” təyyarəsi göyərtəsindəki sərnişinin qeyri-adekvat davranışı səbəbindən Volqoqrad hava limanında təcili eniş tələb edib”, - deyə idarədən bildirilib. Saat 10:50-də təyyarə Volqoqrad hava limanına təhlükəsiz eniş edib.