Bəndər Abbas limanındakı partlayış səhlənkarlığa görə olub
Bunu İranın daxili işlər naziri İsdəndər Momeni bildirib

İranın daxili işlər naziri İsgəndər Momeni Bəndər Abbas limanında baş verən partlayışın səhlənkarlıq ucbatından baş verdiyini və günahkarların artıq tapıldığını bildirib.
Son məlumatlara görə, partlayış nəticəsində 46 nəfər ölüb, 1200-dən çox insan yaralanıb.