12:34
Beyləqanda kanalda batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qarabağ kanalında batan 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə km aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılıb.
Onun hansı şəraitdə suya düşməsi məlum deyil.
***
12:17
Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum olub.
Yuxarı Qarabağ kanalında batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hüseynlidir.
Hazırda onun axtarışları davam etdirilir.
R. Hüseyinlinin hansı şəraitdə suya düşməsi məlum deyil.
***
11:01
Qarabağ kanalında bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
1 dəqiqə