09:04
Statesville hava limanında eniş zamanı qəzaya uğrayan “Cessna 550” biznes təyyarəsinin göyərtəsində olan şəxsləri hamısı həlak olub.
Bu barədə ABŞ-ın Şimali Karolina ştatının rəsmiləri məlumat veriblər.
Rəsmilər qəzadan sonra baş verən yanğın səbəbilə sərnişinlərin dəqiq siyahısını açıqlaya bilmədiklərini, lakin ölən yeddi nəfər arasında təqaüddə olan NASCAR (avtomobil yarışları) sürücüsü Qreq Biffl, həyat yoldaşı və iki uşağının da olduğunun güman edildiyini bildiriblər.
ABŞ Federal Aviasiya Administrasiyası təyyarənin Statesville hava limanında eniş zamanı qəzaya uğradığını açıqlayıb.
***
18.12.2025-ci il
22:30
ABŞ-ın Statesville hava limanında təyyarə qəzaya uğrayıb. Yerli medianın verdiyi məlumata görə, ölənlər var, lakin dəqiq say hələlik məlum deyil.

Qeyd olunur ki, hava limanı həmçinin bir neçə NASCAR yarış komandasına xidmət göstərib.
1 dəqiqə