XƏBƏRLƏR / Hadisə

Bakıda iki maşının arasında qalan piyadanın ayaqları kəsildi

Yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində qeydə alınıb

Bakıda iki maşının arasında qalan piyadanın ayaqları kəsildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakının Nərimanov rayonunda piyadanı avtomobil vurub.

    Yol-nəqliyyat hadisəsi Heydər Əliyev prospektində qeydə alınıb.

    1991-ci il təvəllüdlü Məmmədov Xəyyam Elbəy oğlu prospektdə piyada üçün müəyyən edilməyən hissədən yolun əks tərəfinə keçmək istəyib. Bu zaman onu “Toyota Prius” markalı avtomobil vuraraq eyni istiqamətdə olan eyni markalı maşına sıxışdırıb.

    Piyadanın hər iki ayağı sınıb.

    O, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, X.Məmmədovun hər iki ayağı amputasiya edilib.

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.