
Ağdamda yenidən yanğınlar başlayıb.
Növbəti yanğın rayonun Novruzlu kəndi ərazisində başlayıb.
Yanğın kənd ərazisindəki quru ot və kol sahələrindən başlayaraq geniş ərazilərə yayılıb.
Əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğınsöndürən əməkdaşları cəlb edilib.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.