XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə sel aparan sürücünün meyiti tapıldı

Hadisə rayonun Comərt kəndində qeydə alınıb

Kəlbəcərdə sel aparan sürücünün meyiti tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:04

    Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

    Bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.

    ***

    12:39

    Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

    Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur.

    Hazırda axtarış işləri davam etdirilir.

    ***

    02:46

    Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

    Hadisə rayonun Comərt kəndində qeydə alınıb.

    Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov "Howo" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

    Nəticədə adıçəkilən sürücü və sərnişin, 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

    Faktla bağlı araşdırma aparılır.