Türkiyədə güçlü yanğınlar yaşayış məntəqələrinə yaxınlaşır
Bu barədə Meşəçilik Baş İdarəsinin (OGM) sosial media hesabında məlumat verilir
Yanğınsöndürmə qrupları Antalya şəhərinin Kəpəz və Serik rayonlarında meşəlik və kənd təsərrüfatı ərazilərində baş verən yanğınla mübarizəni davam etdirir. Bu arada, Adana şəhərinin Kozan rayonunun Doğanalanı və Düzağaç məhəllələrində iki ayrı meşə yanğını baş verib. Qruplar bu yanğınları da söndürmək üçün çalışır.
Meşəçilik Baş İdarəsinin (OGM) sosial media hesabında verilən açıqlamaya görə, Antalya şəhərinin Serik rayonunda, Kayserinin Yahyalı rayonunda, Adana şəhərinin Karaisalı və Feke rayonlarında meşə olmayan ərazilərdə başlayan yanğınlar nəzarət altına alınıb. Qeyd olunub ki, bu ərazilərdə soyutma işləri davam edir.
Antalya şəhərinin Aksu rayonunda və Adana şəhərinin Kozan rayonunda baş verən yanğınlara havadan və qurudan müdaxilə edildiyi və yanğınların ən qısa müddətdə nəzarət altına alınması üçün mübarizənin davam etdiyi bildirilib.
Həmçinin bildirilib ki, bu yanğınlarda 7 təyyarə, 22 helikopter, 188 su tankeri, 8 tikinti maşını və 1000 personal iştirak edir.
1 dəqiqə