XƏBƏRLƏR / Hadisə

Yakutiyada helikopter qəzası: 4 nəfər həlak olub

Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun teleqramında məlumat verilib

Yakutiyada helikopter qəzası: 4 nəfər həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yakutiyada itkin düşən “Robinson” helikopterinin qalıqları tapılıb.

    Rusiya KİV-i xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğunun teleqramında məlumat verilib.

    “İyulun 19-da Yakutiyada itən “Robinson” helikopterinin axtarışları başa çatıb. Pilot və üç sərnişin həlak olub”, - məlumatda bildirilib.

    Məlumata görə, “Robinson R44” helikopteri iyulun 19-da Yakutiyanın Aldan rayonunda yoxa çıxıb.