XƏBƏRLƏR / Hadisə

Qubada yük avtomobili avtobusla toqquşub, ölən var

Hadisə Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda baş verib

Qubada yük avtomobili avtobusla toqquşub, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Quba rayonu ərazisində yük avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində bir nəfər ölüb.

    Hadisə Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Vəlvələ kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hadisə nəticəsində "Ford" markalı yük maşınının sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olub. Sürücü maşından çıxarılaraq xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.