XƏBƏRLƏR / Hadisə

Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var

Minik avtomobili idarəetmədən çıxaraq aşıb

Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində, Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

    Avtomobildə olan daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.