XƏBƏRLƏR / Hadisə

Bodrumda meşə yanır

Türkiyə mediası xəbər verir

Bodrumda meşə yanır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyənin Muğla vilayətinin Bodrum bölgəsində meşə yanır.

    Günorta saatlarında başlayan yanğın güclü külək nəticəsində genişlənməyə başlayıb. Yanğının söndürülməsi üçün həm qurudan, həm havadan müdaxilə olunur.

    İlkin məlumata görə, Güvercinlik məhəlləsində meşəlik ərazidə yanğına transformator səbəb olub.

    Muğla Meşə Regional Müdirliyindən beş helikopter, iki təyyarə, çoxlu sayda su tankeri və Muğla Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürən maşınları əraziyə göndərilib.

    Milas-Bodrum avtomobil yolu yanğınsöndürən maşınların və ekipajların rahat gediş-gəlişi üçün müvəqqəti bağlanıb. Güclü külək səbəbindən genişlənməyə meyilli olan yanğın təyyarə və quru ekipajlarının intensiv müdaxiləsi ilə nəzarət altına alınıb.

    Yanğının 5 hektar meşə sahəsinə ziyan vurduğu, ərazidə soyutma işlərinin davam etdiyi bildirilir.